Almaniyada sürücü yük maşınını insanların üstünə sürüb – FOTO – YENİLƏNİB

Almaniyada sürücü yük maşınını insanların üstünə sürüb – FOTO – YENİLƏNİB

Baxış sayı: 2. 542 dəfə baxılıb.

Almaniyada yük maşınını insanların üzərinə sürən kişi əqli cəhətdən qüsurlu olub.

ÇıxışYolu.Com-ın İnterfaks-a istinadla verdiyi xəbərə görə, bu barədə “Süddeutsche Zeitung” qəzeti məlumat yayıb.

Nəşr qeyd edib ki, buna görə terror aktından söhbət gedə bilməz.

Maşını sürən kişinin 49 yaşı olub. Hadisədən sonra o, intihar edib. Hazırda polis onun evində axtarış aparır.

19.56

Ən azı 30 nəfər, xilasedicilərin sözlərinə görə isə 50 nəfər xəsarət alıb.

KİV-in məlumatına görə, 6 nəfərin vəziyyəti ağırdır.

“Polisin məlumatına görə, maşını insanların üstünə sürən sürücü ölüb. O, intihar edib”, – Focus yazır.  

19:15

Almaniyada sürücü idarə etdiyi yük avtomobilini bir qrup insanın üstünə sürüb.

ÇıxışYolu.Com RİA Novosti-yə istinadla xəbər verir ki, hadisə nəticəsində 3 nəfər ölüb, 50 nəfər xəsarət alıb.

Hadisə ölkənin cənubunda, Münster şəhərində baş verib.

Nəşrin yazdığına görə, hüquq-mühafizə orqanlarındakı mənbələr hadisəni terror aktı kimi qiymətləndirir.

www.ÇıxışYolu.Com