be70fe76-1313-4fc5-8fa6-27230c06158c..jpg

Almaniyadan Azərbaycana ekstradisiya olunan şəxsin kimliyi məlum olub

Baxış sayı: 735 dəfə baxılıb.

Almaniyadan Azərbaycana ekstradisiya olunan şəxsin kimliyi məlum olub

Almaniyadan Azərbaycana ekstradisiya olunan şəxsin kimliyi məlum olub.

Baş Prokurorluğun Mətbuat Xidmətindən verilən məlumata görə, “Ekstradisiya
haqqında” 13 dekabr 1957-ci il tarixli Avropa Konvensiyasının tələblərinə uyğun
olaraq Azərbaycan vətəndaşı Elçin Mir Qasım oğlu Seyidlinin ekstradisiyası
haqqında Baş Prokurorluğun vəsatəti Almaniyanın səlahiyyətli orqanları
tərəfindən təmin edilib.

E.Seyidlinin külli miqdarda ziyan vurmaqla dələduzluq cinayət əməlini
törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən, barəsində təqsirləndirilən
şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilərək istintaqdan qaçıb
gizləndiyi üçün beynəlxalq axtarışa verilib.

Sentyabrın 23-də Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun
müşayiəti ilə Elçin Seyidli Almaniyadan ölkəmizə gətirilib.

Source link