Türkiyə Silahlı Qüvvələrinin yanvarın 20-dən etibarən terrorçulara qarşı başlatdığı “Zeytun Budağı Hərəkatı”nın davam etdiyi bir məqamda Avropadan terrora dəstək gəlməkdə davam edir.
ÇıxışYolu.Com xəbər verir ki, dünən Almaniya Bundesliqasında baş tutan “Borusiya” (Dortmund) – “Ayntraxt” (Frankfurt) matçında dortmundluların tribunasında qalmaqal yaradacaq pankart açılıb.
Terrora dəstək verən tərəfdarlar “Biji YPG! Defend Afrin!” (Yaşa YPG! Afrini qoruyun!) yazılmış pankart açıblar.
Bu pankart uzun müddət açıq qalsa da, azarkeşlərə heç bir xəbərdarlıq edilməyib.
S.T.
www.ÇıxışYolu.Com