Almaniyanın Ukrayna ilə bağlı sənədləri internetə sızdı

Almaniyanın Ukrayna ilə bağlı sənədləri internetə sızdı

Baxış sayı: 3. 392 dəfə baxılıb.

Almaniya hökumətinin məlumat bazasına virtual hücum etmiş hakerlər, altı vacib sənədin elektron variantını oğurlayıb.

ÇıxışYolu.Com “Lenta.ru”ya istinadən xəbər verir ki, həmin sənədlər Britaniyanın Avropa İttifaqından çıxması ilə bağlı danışıqlara, həmçinin Avropa İttifaqının Ukrayna və Belarusla əlaqələrinə aid olub.

Hələlik sənədlərin məzmunu açıqlanmasa da, “Spiegel” qəzeti  yerli hökumətdən olan mənbələrə istinadən həmin sənədlərin məxfi olmadığını bildirib.

Almaniyanın müdafiə və daxili işlər nazirliklərinin məlumat bazaları 2017-ci ilin dekabr ayında güclü kiberhücuma məruz qalıb.

Alman mətbuatına görə, kiberhücum Rusiya hərbi kəşfiyyatı ilə əlaqəli olan “APT28” haker qrupu tərəfindən həyata keçirilib. 

Başqa adla “Fancy Bear” kimi tanınan haker qrupu ayrı-ayrı vaxtlarda Ağ Ev, NATO, ABŞ-ın Demokratlar partiyası və digər təşkilatların sistemlərinə müdaxilə edib.

.
www.ÇıxışYolu.Com