f3dd31a3-21ab-4b2c-915e-0397822fd0cf..jpg

Almaz Ələsgərova və Emil Heydərov Andrey Malaxovun qonağı olublar – FOTO

Baxış sayı: 464 dəfə baxılıb.

Almaz Ələsgərova və Emil Heydərov Andrey Malaxovun qonağı olublar – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Dövlət Akademik Musiqili Teatrının artisti Emil Heydərov və
Azərbaycanın Əməkdar artisti Almaz Ələsgərova Andrey Malaxovun “Rusiya 1”
televiziya kanalında yayımlanan “Salam, Andrey!” verilişinin efirinə dəvət
alıblar.

Emil Heydərov özünün “Instagram” sosial şəbəkəsindəki səhifəsində Rusiya
televiziyasının ən reytinqli verilişlərindən birinə çəkildiyini açıqlayıb,
lakin o, Almaz Ələsgərova ilə birlikdə iştirak etdiyi verilişin yayım tarixini,
orada müzakirə edilən mövzunu hələlik açıqlamayıb.

Həmçinin A.Malaxovun verilişinin yeni buraxılışında Azərbaycan sənətçiləri ilə
birlikdə Rusiyanın Xalq artisti Stas Mixaylov da iştirak edib.

Xatırladaq ki, bir müddət əvvəl Azərbaycanın Xalq artisti Əlixan Səmədov,
tanınmış azərbaycanlı şanson ifaçısı Cəlal Abbasov, o cümlədən azərbaycanəsilli
Belarus estradasının ulduzu Günəş Abasova “Salam, Andrey!” verilişinin qonağı
olublar.

Source link