a19342d4-c382-467c-99f7-b6caa0cde4b5..jpg

Almeyda “Qarabağ”dan ayrılacaq: Yeni ünvanı bəllidir

Baxış sayı: 481 dəfə baxılıb.

Almeyda “Qarabağ”dan ayrılacaq: Yeni ünvanı bəllidir
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Qarabağ”ın futbolçusu Riçard Almeyda mövsümün sonunda klubu tərk edəcək.

“FutbolPress”in əldə etdiyi məlumata görə, 35 yaşlı yarımmüdafiəçi “atlılar”la
müddəti yayda bitəcək sözləşməsini uzatmayacaq. Almeyda azad agent kimi klubu
tərk edəcək. O, vətəni Braziliyaya qayıtmaq qərarı verib.

“Sambaçı” 2012-ci ildə ölkəsinin “Santo Andre” klubundan “Qarabağ”a keçib.
Altı il Azərbaycanda top qovan yarımmüdafiəçi 2018-ci ildə “Astana”ya
(Qazaxıstan), 2020-ci ildə “Baniyas”a (Birləşmiş Ərəb Əmirlikləri) keçib. Həmin
ilin yayında yenidən Azərbaycana gələn Almeyda bir mövsüm “Zirə”də oynadıqdan
sonra “Qarabağ”a qayıdıb. O, bu mövsüm 22 oyunda iki qol, üç məhsuldar ötürmə
ilə yadda qalıb.

Braziliyalı futbolçu 2017-ci ildə debüt etdiyi Azərbaycan millisindəki
karyerasını da ötən yay sonlandırıb. O, yığmada 31 oyunda üç qolla yadda qalıb.

Source link