Almeyda “Qarabağ”dan gedir
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Qarabağ” braziliyalı futbolçu Riçard Almeyda ilə bağlı qərarını verib.
Bizim.Media xəbər verir ki, təcrübəli yarımmüdafiəçi ilə mövsümün sonunda başa
çatan müqavilənin müddəti artırılmayacaq.
Futbolçu növbəti mövsüm üçün məşqçilər korpusunun planlarına daxil deyil.
Qeyd edək ki, Riçard Almeyda 2012-ci ildən “Qarabağ”da çıxış edir. O, əvvəl
klubdan ayrılsa da, sonradan Ağdam təmsilçisinin sıralarına qayıdıb.