İsveçrənin Alp dağlarında əlverişsiz hava şəraiti ilə əlaqədar dörd turist həlak olub.
ÇıxışYolu.Com xəbər verir ki, bu barədə “Euronews” məlumat yayıb.
Məlumata görə, Vale kantonunda 3157 metr yüksəklikdə yerləşən “Vinyet” düşərgəsinə qayıdan alpinistlər qar çovğununa düşüb.
Onlardan biri dağın yamacından yıxılaraq ölüb. Digər üç nəfər donvurmadan dünyasını dəyişib.Bundan başqa beş nəfərin xəstəxanaya yerləşdirildiyi xəbər verilir.
Qurbanlar İtaliya, Fransa və Almaniya vətəndaşlarıdır.