3cba9334-092e-459f-9937-a52cfb604f22..jpg

Alparslan Bayraktar: “Naxçıvanla olan bağlarımız daha da qüvvətlənəcək”

Baxış sayı: 573 dəfə baxılıb.

Alparslan Bayraktar: “Naxçıvanla olan bağlarımız daha da qüvvətlənəcək”

“Elektrik enerjisi və təbii qaza olan tələbatı son 20 ildə üçqat artan, təkcə
elektrik enerjisinə tələbatı illik 4,7 faiz artan Türkiyə bunu qarşılamağı və
enerji sahəsində xaricdən asılılığını azaltmağı hədəfləyir”.

APA-nın Naxçıvan bürosu xəbər verir ki, bu sözləri Türkiyənin energetika və
təbii sərvətlər naziri Alparslan Bayraktar Naxçıvanda keçirilən
Azərbaycan-Türkiyə 3-cü Enerji Forumu və “Naxçıvan – yaşıl enerji zonası”
Beynəlxalq Konfransında deyib.

A.Bayraktar bildirib ki, Türkiyə və Azərbaycan Bakı-Tbilisi-Ceyhan qaz kəməri,
Bakı-Tbilisi-Ərzurum və TANAP təbii qaz boru xətləri kimi bölgəmizin və
Avropanın enerji təhlükəsizliyinə böyük dayaq olan layihələri, yeni dönəmdə
elektriklə bağlı layihələri, mədənçilik kimi fərqli sahələri də inkişaf
etdirmək əzmindədirlər.

“Zəngin karbohidrogen qaynaqlara malik olan qardaş ölkə Azərbaycanın da enerji
sahəsində bənzər hədəfləri olduğunu bilirik. Hər atdığı addımda dəstəyimizi
güclü şəkildə göstərdiyimiz Vətən müharibəsi ilə işğaldan azad edilən
bölgələrdə və Naxçıvanda həyata keçirilməsi planlaşdırılan yaşıl enerji
konseptinin reallaşmasında həm dövlət, həm də özəl sektorda hər zaman
Azərbaycanın yanında olacağıq. Enerji forumumuzun sonunda həyata keçirəcəyimiz
layihələr ölkələrimiz arasındakı dostluğu bir daha təkmilləşdirəcək, Naxçıvanla
olan bağlarımız daha da qüvvətlənəcək”, – deyə nazir əlavə edib.

Source link