Alpinistlərin meyiti ilə bağlı ilkin ekspertiza rəyi açıqlandı

Alpinistlərin meyiti ilə bağlı ilkin ekspertiza rəyi açıqlandı

Baxış sayı: 2. 290 dəfə baxılıb.

Qubada meyitləri tapılan alpinistlər üzərində aparılan ilkin müayinələrin nəticələri açıqlanıb.

ÇıxışYolu.Com-ın Trend-ə istinadən xəbərinə görə, ilkin baxış zamanı meyitlərin üzərində heç bir sınıq, xəsarət və travma izi aşkar edilməyib.

Hazırda meyitlərlə bağlı Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Bakı şəhərində yerləşən laborator şöbələrində müayinələr aparılır.

Müayinələr başa çatdıqdan sonra müvafiq rəy tərtib ediləcək və nəticələr Quba rayon Prokurorluğuna təqdim ediləcək.

Alpinistlərin dəqiq ölüm səbəbləri isə müayinələr başa çatdıqdan sonra məlum olacaq.

www.ÇıxışYolu.Com