Alt paltarında gəzən qardaşını xüsusi amansızlıqla öldürdü – HÖKM
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Lənkəran Ağır Cinayətlər Məhkəməsində Biləsuvarda qardaşını öldürməkdə
təqsirləndirilən Abuzər Şirqasımovun cinayət işi üzrə məhkəmə istintaqı başa
çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Cavid Səfərlinin sədrliyi ilə
keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə o, 14 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, 2023-cü il iyunun 17-də, saat 2 radələrində 1984-cü il
təvəllüdlü Amil Şirqasımovun kəsilmiş-deşilmiş xəsarətlərdən Biləsuvar Rayon
Mərkəzi Xəstəxanasında ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Aparılmış araşdırmalarla 1987-ci il təvəllüdlü Abuzər Şirqasımovun Biləsuvar
rayonunun Xırmandalı kəndində yerləşən evlərdən birində aralarında yaranmış
mübahisə zamanı qardaşı Amil Şirqasımova bıçaqla xəsarətlər yetirərək qəsdən
öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam
öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Abuzər Şirqasımov iş üzrə şübhəli
şəxs qismində tutulub. İttihama görə, Abuzər Şirqasımov 17 iyun 2023-cü il
tarixdə, təxminən saat bir radələrində Biləsuvar rayonu, Xırmandalı kəndində
valideynlərinə məxsus yaşadıqları evdə olarkən onunla birlikdə yaşayan qardaşı
Amil Şirqasımov evdə alt paltarında yarıçılpaq vəziyyətdə gəzib. O, bu barədə
qardaşına iradını bildirib. Amil isə buna məhəl qoymayaraq saymazyana formada
eyni hərəkətləri təkrarlayacağını bildirib, sonra onun sifət nahiyəsindən şillə
ilə vurub. Sərxoş vəziyyətdə olan Abuzər mətbəxdən götürüb əyləşdiyi stulun
altında saxladığı bıçaqla onun üzərinə hücum edib. Həmin vaxt Abuzər onları
sakitləşdirmək istəyən anasının gözləri qarşısında zərərçəkmiş şəxsin bədəninə
altı bıçaq zərbəsi endirərək xüsusi amansızlıqla öldürüb.