8a4b6f2d-5b71-434b-8223-fa5386410ae0..jpg

Altayda sərnişinlərlə dolu avtobus suda batdı, insanlar yardımı damda gözləməli oldular – FOTO/VİDEO

Baxış sayı: 579 dəfə baxılıb.

Altayda sərnişinlərlə dolu avtobus suda batdı, insanlar yardımı damda
gözləməli oldular – FOTO/VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyanın Altay diyarında gecə vaxtı yoldan çıxan avtobus daşqın olan ərazidə
batıb. İnsanlar yadımı ictimai nəqliyyatın damında gözləməli olublar.

Avtobusda ümumilikdə səkkiz sərnişin və sürücü olub. Salon su ilə dolmağa
başlayanda sakinlər xilas üçün avtobusun damına çıxmaq məcburiyyətində qalıblar.

Bundan sonra yerli Fövqəladə Hallar Xidmətinə xəbər verilib.

Hadisə ilə bağlı siqnaldan sonra əraziyə növbətçi qüvvələr göndərilib. Sürücü
və sərnişinlər təxliyə olunublar. Onların xəsarət almadığı vurğulanıb.

Mənbə: RT

Source link