Altayda türklərə məxsus qayaüstü təsvir aşkar edilib
Altay Respublikasının (Rusiya) Koş-Ağaç bölgəsindəki Taldura çayı ərazisində,
X-XIX əsrlərə aid qayaüstü təsvirlər aşkar edilib.
Bu barədə Altay Dövlət Universitetinin Böyük Altay elm və təhsil mərkəzinin
Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilir ki, qayada atlı və həmin dövrlərə aid dəbilqə təsviri olub.
O da vurğulanıb ki, petroqliflərin tarixini müəyyənləşdirmək kifayət qədər
çətindir. Lakin tapıntının X əsrdən XIX əsrə qədər ola biləcəyi düşünülür.
Mütəxəssislər tapıntını qiymətli mənbə hesab ediblər. Çünki türk dövrünə aid
dəfn və xatirə komplekslərinin gələcək tədqiqatlara böyük təkan verəcəyini
düşünürlər.
Hazırda arxeoloqlar tapılan materialları təhlil edirlər. Onlar öz işlərinin
nəticələrini 18-20 oktyabr 2023-cü il tarixlərində Altay Dövlət Universitetində
keçiriləcək “Slavyan və türk xalqlarının tarixdə və müasirlikdə birliyi” III
Beynəlxalq Altay Forumunda təqdim etməyi planlaşdırırlar.
Mənbə: TASS