Əmanətlərin Sığortalanması Fondu Azərbaycan Respublikası Xammal və Əmtəə Birjası vasitəsilə ləğv prosesində olan QSC “Bank Standard” KB, ASC “Texnikabank”, ASC “Kredobank”, ASC “Zaminbank”, ASC “Royalbank” və ASC “Bank of Azerbaycan” balansında olan daşınar və daşınmaz əmlaklarını 41 lot üzrə satışa çıxarır.
ÇıxışYolu.Com Əmanətlərin Sığortalanması Fonduna istinadən xəbər verir ki, 20 lot üzrə əmlak ikinci dəfə hərraca çıxarılır, 19 lot üzrə – üçüncü dəfə, iki lot üzrə isə dördüncü dəfə hərraca çıxarılır.
Qeyd edək ki, hərraca çıxarılan daşınmaz əmlakların qiymətləri 60 min manatdan başlayayaq 450 min manata qədərdir.