59e7296e-8079-4917-805f-9a77fd3e6fc7..jpg

Altı gündür axtarışda olan Nigar tapıldı: “Anamın telefonunu qırıb, suya atdım” – YENİLƏNİB + VİDEO

Baxış sayı: 588 dəfə baxılıb.

Altı gündür axtarışda olan Nigar tapıldı: “Anamın telefonunu qırıb, suya
atdım” – YENİLƏNİB + VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Tərtərdə itkin düşən və altı gündür axtarışda olan Nigar tapılıb.

Bu barədə Xəzər TV-də yayımlanan “Təsir dairəsi” verilişində məlumat verilib.

Nigar barəsində yayılan iddialar barədə danışıb. O bildirib ki, evdən qaçaraq
Tərtərdən Bərdəyə getmək istəyib:

“Anamın telefonunu qırıb, suya atdım. Bərdəni tanıdığım üçün oraya getmək
istədim”.

Ətraflı süjetdə:

10:04

Tərtərdə itkin düşən 15 yaşlı Nigar Məhərrəmli ilə bağlı iddialara aydınlıq
gətirilib.

Bu barədə Cixisyolu.com-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional
qrupunun baş inspektoru, polis kapitanı Aslan Qiyaslı bildirib.

O qeyd edib ki, aprel ayının 29-da Tərtər rayonunda 2009-cu il təvəllüdlü
qızın itkin düṣməsi ilə əlaqədar Rayon Polis Şöbəsinə (RPŞ) məlumat daxil olub.
Hazırda həmin şəxsin tapılması istiqamətində axtarış tədbirləri davam etdirilir.

Onun narkotik istifadəçisi olması ilə bağlı əvvəllər də yayılmıṣ iddialar
RPŞ-də araşdırılıb və təsdiqini tapmayıb.

Almaz Qasımova


Source link