Altı ölkə səfirliyini Qüdsə köçürməyə hazırdır

Altı ölkə səfirliyini Qüdsə köçürməyə hazırdır

Baxış sayı: 2. 907 dəfə baxılıb.

Altı ölkə İsraildəki səfirliyini Təl-Əvivdən Qüdsə köçürməyə hazırdır. 

ÇıxışYolu.Com-ın “The Times of Israel” nəşrinə istinadla xəbərinə görə, bununla bağlı ölkənin baş naziri Binyamin Netanyahu məlumat verib. 

“Sevinclə bildirməliyəm ki, altı ölkə ilə səfirliyin köçürülməsi məsələsi razılaşdırılıb. Qvatemalaya təşəkkür edirəm. İndi digərləri də sizin yolunuzla gedəcək”, – o deyib. 

Bundan əvvəl Fələstin prezidenti Mahmud Abbas ABŞ-ın İsraildəki səfiri Devid Fridmanı “it oğlu” adlandırmışdı. 

ABŞ və Fələstin arasındakı münasibətlər ABŞ prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı elan etməsindən sonra gərginləşib. 

S.M.
www.ÇıxışYolu.Com