Respublikanın bəzi rayonlarının təbii qaz təchizatı beş gün müddətində dayandırılacaq.
Bu barədə ÇıxışYolu.Com-a “Azəriqaz”dan bildirilib.
Məlumata görə, sentyabrın 11-15-də (beş gün müddətində) Bərdə, Tərtər, Ağdam, Füzuli, Beyləqan və Ağcabədi rayonlarının təbii qaz təchizatı dayandırılacaq.
Yevlax rayonunun isə rayon mərkəzi daxil olmaqla, bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.