Altı türk dövləti Şuşada film çəkəcək – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Şuşada türk dünyasından bəhs edən ortaq filmin çəkilməsi razılaşdırılıb”.
Cixisyolu.com xəbər verir ki, bununla bağlı VI Ümumdünya Mədəniyyətlərarası Dialoq
Forumu çərçivəsində keçirdiyi brifinqdə layihənin ideya müəllifi və rejissoru,
Azərbaycanın Xalq artisti Vaqif Mustafayev danışıb.
O qeyd edib ki, Molla Nəsirəddindən bəhs edəcək film ortaq türk dəyərləri,
adət-ənənələri və qəhrəmanları haqqında olacaq:
“Filmi altı türk dövləti birlikdə ərsəyə gətirilir. Hər bir dövlətin tanınmış
aktyorları yer alacaq”.
Həmçinin, “CineMastercard” kinoteatrlar şəbəkəsinin Müşahidə Şurasının sədri
Zaur Darabzadə bildirib ki, filmin çəkilişi avqust ayında başlayacaq, ilin
sonunda yekunlaşdırılacaq.
O qeyd edib ki, 100 dəqiqədən ibarət film hissələrə bölünərək türk dünyasının
bütün ölkələrində çəkiləcək:
“Film kinoteatrlarda nümayiş üçün nəzərdə tutulub. Həmçinin, Kann
festivalında, Venesiyada və s. beynəlxalq festivallarda nümayiş olunacaq. Türk
dünyasının ortaq filminin maliyyəsi TÜRKSOY tərəfindən həyata keçiriləcək.
Ayrı-ayrı dövlətlər buna maddi yardım edə bilərlər”.
Nəzrin Vahid