Altı yaşlı Leylanın anası: “Son günlər ağrıdan yata bilmir” – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Altı yaşlı Leylanın dəstəyinizə ehtiyacı var.
Bu barədə Cixisyolu.com-a onun anası Minirə Mikayılova məlumat verib.
O bildirib ki, övladı oktyabrın 30-da yaşadıqları evdə yanıb.
“Leylanın altı yaşı var. Onu çimizdirmək üçün vedrədə su isitmişdim. Leyla
suyun isti olduğunu bilməyib, qaça-qaça gəlib və suya düşüb. Nəticədə
bədəninin, demək olar ki, hər yeri yanıb. Hadisə baş verən gün Bakıdakı
xəstəxanalardan birinə yollandıq. Orada müalicə alsaq da, imkanımız olmadığı
üçün müalicəni yarımçıq qoyub çıxmalı olduq. Evə gəldikdən sonra müalicələri
sizin oxucularınızın dəstəyi ilə etdirdik. Amma hazırda əlimizdə olan bütün
vəsait tükənib. İnanın, iki-üç gündür yaralarını təmizləyə, bintlərini aça
bilmirəm. Çünki nə yaralarına çəkməyə maz, nə də bağlamağa bintimiz yoxdur.
Belə olan halda da yaraları onu çox incidir, bütün günü ağlayır. İnanın, son
üç-dörd gündür nə gecəmiz, nə gündüzümüz var. Yardımsevər şəxslərdən bizə
dəstək olmalarını xahiş edirəm. Leylanın mazlarını almaq üçün 700 manata
ehtiyacımız var”.
Ailə ilə əlaqə: (055) 420-21-53.
Kart: 5243 7544 4045 5614.