514829bc-f936-4fad-9e7b-a7c89cfc2222..jpg

Altınbek Maksutov: “Qırğızıstan və Azərbaycan arasında mədəni əlaqələrin genişləndirilməsində maraqlıyıq”

Baxış sayı: 610 dəfə baxılıb.

Altınbek Maksutov: “Qırğızıstan və Azərbaycan arasında mədəni əlaqələrin
genişləndirilməsində maraqlıyıq”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Qırğızıstan və Azərbaycan arasında mədəni əlaqələrin genişləndirilməsində
maraqlıyıq”.

“Report” xəbər verir ki, bunu Qırğızıstanın mədəniyyət, informasiya, idman və
gənclər siyasəti naziri Altınbek Maksutov Azərbaycanda keçirilən Qırğızıstan
mədəniyyəti günlərinin açılışında çıxış edərkən deyib.

Qırğız nazir qeyd edib ki, bu gün hər iki ölkə arasında mövcud olan dialoq bu
sahədə geniş imkanlar yaradır:

“Azərbaycan və Qırğız xalqlarının mədəniyyəti əcdadlarımızdan miras qalıb. Biz
mədəni müxtəliflik sahəsində əməkdaşlığımızın bundan sonra daha da
genişləndirilməsi üçün əlimizdən gələni əsirgəməyəcəyik”.

Source link