3fed1c39-357e-41b6-96f3-12b2f258212a.jpg

Altıncı qrant müsabiqəsinə layihə təqdim etmək istəyən KOB-lar üçün vebinar təşkil olunub

Baxış sayı: 186 dəfə baxılıb.

KOBİA-nın təşkilatçılığı ilə keçirilmiş onlayn tədbirdə 6-cı qrant müsabiqəsi
ilə bağlı 70-dən çox KOB subyektinə ətraflı məlumat verilib, onları
maraqlandıran suallar cavablandırılıb.

Cixisyolu.com xəbər verir ki, bu barədə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi
məlumat yayıb.

KOB subyektlərinin təhsil, elm, tədqiqat və dəstək layihələrinin
maliyyələşdirilməsinə dair elan edilmiş 6-cı qrant müsabiqəsi ilə bağlı
məlumatlandırıcı tədbir keçirilib. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin
(KOBİA) təşkilatçılığı ilə keçirilən onlayn tədbirdə müsabiqə ilə bağlı
sahibkarlıq subyektlərinə ətraflı məlumat verilib, onları maraqlandıran suallar
cavablandırılıb.

70-dən çox KOB subyektinin iştirakı ilə təşkil olunmuş tədbirdə KOBİA-nın
Biznesə xidmətlər departamentinin əməkdaşları müsabiqənin şərtləri və
layihələrin qiymətləndirilməsi prosesi barədə təqdimatlarla çıxış ediblər. Qeyd
olunub ki, Nazirlər Kabinetinin 30 sentyabr 2020-ci il tarixli Qərarı ilə
təsdiq edilmiş qaydalara uyğun olaraq, müsabiqədə mikro, kiçik və orta
sahibkarlıq subyektinə aid olan hüquqi və fiziki şəxslər iştirak edə bilərlər.
Müsabiqəyə KOB-ların inkişafı ilə bağlı təhsil, elm, tədqiqat və dəstək
istiqamətlərində layihələr təqdim oluna bilər. Hər bir şəxs hər müsabiqə
çərçivəsində yalnız 1 layihə təqdim edə bilər. Layihələr müvafiq qurumların
nümayəndələrindən və müstəqil ekspertlərdən ibarət Ekspert Komissiyası
tərəfindən qiymətləndirilir. Hər bir layihə üzrə maliyyələşdirilmə məbləği
maksimum 20 min manatdır. Layihələrin qiymətləndirilməsi zamanı onun KOB-ların
inkişafına təsiri, innovativliyi, əsaslandırılmış ideyasının olması, praktiki
məqsədlər üçün tətbiq imkanları, layihənin həyata keçirilməsi üçün tələb olunan
müvafiq maddi-texniki bazanın mövcudluğu və digər bu kimi amillər əsas
götürüləcəkdir.

Məlumat üçün bildirək ki, 6-cı qrant müsabiqəsinə sənəd qəbulu 23 oktyabr
2024-cü il saat 18:00-dək davam edəcək. Müsabiqəyə sənəd qəbulu elektron
formada ([email protected] ) və ya
kağız daşıyıcılarda birbaşa Agentliyə müraciət formasında həyata keçirilir.
Ətraflı məlumat üçün:https://bit.ly/40pm5y3

Source link