f4e79d6f-b8fe-4bd3-8a53-ba9dac9c785e..jpg

Alveş həbsxanada başına dəstə yığıb futbol oynadı

Baxış sayı: 805 dəfə baxılıb.

Alveş həbsxanada başına dəstə yığıb futbol oynadı

Zorlamada təqsirləndirilən braziliyalı futbolçu Dani Alveşin həbsxanada
qalmasının təfərrüatı məlum olub.

Məlumata görə, braziliyalının adaptasiyası “nümunəvi” keçir. O, hətta bir neçə
gün öncə həbsxanada digər məhbuslarla ilk oyununu keçirib.

O da bildirilir ki, Alveş əvvəldən tanıdığı braziliyalı Koutinyo ilə kameranı
paylaşır. Koutinyo – “Barselona”nın keçmiş hücumçusu Ronaldinyonun mühafizəçisi
işləyib.

Xatırladaq ki, Alveş yanvarın 20-də həbs edilib. Şikayətçi futbolçunun onu
gecə klubunun ayaqyolunda kilidlədiyini, döydüyünü və zorladığını bildirib.
Həkimlər qızda müqavimət göstərən xəsarətlərin olduğunu təsdiqləyiblər. 39
yaşlı braziliyalını 4 ildən 12 ilə qədər həbs gözləyir.

Qeyd edək ki, Alveş 43 kubokla tarixin ən titullu futbolçusudur. O, altıqat
İspaniya çempionu, ikiqat Fransa çempionu, İtaliya çempionu, üç dəfə Çempionlar
Liqasının, iki dəfə UEFA kubokunun, üç dəfə UEFA Superkubokunun qalibi olub.
Braziliya millisinin tərkibində iki dəfə Konfederasiyalar Kubokunu (2009, 2013)
və Amerika Kubokunu (2007, 2019) qazanıb, eyni zamanda Olimpiya çempionu olub.

Mənbə: La Vanguardia

Source link