a1093c30-66a0-4023-91ea-22eab2723578..jpg

Alveşin həyat yoldaşı futbolçudan boşanır – FOTO

Baxış sayı: 1. 072 dəfə baxılıb.

Alveşin həyat yoldaşı futbolçudan boşanır – FOTO

Dani Alveşin həyat yoldaşı ondan boşanmaq üçün məhkəməyə müraciət edib.

“Barselona”, PSJ və “Yuventus”un keçmiş futbolçusu zorlama ittihamı ilə zaminə
buraxılmadan həbs edilib. Onu 4 ildən 12 ilə qədər həbs gözləyir.

Məlumata görə, Alveşin həyat yoldaşı olan ispan model Coana Sans zərərçəkmişin
ifadəsinə şübhə etmir və qərarını çox düşündükdən sonra verib.

39 yaşlı braziliyalı həbsxanada həyat yoldaşı ilə görüşməkdən imtina etdiyi
üçün 30 yaşlı qadın vəkilləri vasitəsilə vəsatət qaldırıb.

Qeyd edək ki, Sans daha əvvəl “Instagram” hesabından Dani Alveşlə olan
şəkillərini silib. Coana ərini açıq şəkildə dəstəklədiyinə və məsələ ilə bağlı
ilk açıqlamalarına görə peşman olub. O, həmin sözləri Daninin vəkilinin təklifi
ilə dediyini bildirib.

Mənbə: sports.ru

Source link