33e85b18-a7de-4d7c-bf2c-14d3e69c5d65..jpg

Alyaska Universitetinin professoru: “Azərbaycanın gələcəyi bərpa olunan enerji mənbələrindədir”

Baxış sayı: 766 dəfə baxılıb.

Alyaska Universitetinin professoru: “Azərbaycanın gələcəyi bərpa olunan enerji
mənbələrindədir”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı
(COP) eksklüziv qlobal forumdur və orada qəbul edilən qərarlar, nəticədə uğur
qazanmaq üçün bütün tərəflər üçün məcburi olmalıdır”.

Bunu “Report”a açıqlamasında Alyaska Ferbenks Universitetinin Geofizika
institutunun professoru Uma Bhatt deyib.

“Hesab edirəm ki, COP konfransları vacibdir, çünki biz qlobal razılaşmaları
belə edirik. Bu həllərin effektiv olması üçün hər kəsi işə cəlb etməliyik.
COP28-də bununla bağlı əldə edilən irəliləyiş diqqətəlayiqdir”, – o bildirib.

Professorun fikrincə, bəşəriyyət bioloji növlərimizi və Yer kürəsini qorumaq
üçün qalıq yanacaqlardan imtina etməlidir:

“İndi bizim əsas enerji mənbəyimiz olan qalıq yanacaqlardan daha sürətli
uzaqlaşmaq üçün texnologiyamız var. Tərəqqiyə mane olan keçid dövründə
qazanclarını itirəcəklərindən qorxan müəssisələrdir. Bu, Dubayda keçirilən
COP28-də aydın oldu”.

U.Bhatt vurğulayıb ki, neft sonsuz resurs deyil və tükənəcək, ona görə də bu
müəssisələr enerji əldə etmə üsullarını dəyişsələr, bu, onların uzunmüddətli
mənfəətləri üçün daha yaxşı olar:

“Qalıq yanacaqlardan uzaqlaşmaq üçün qaydalar hazırlayarkən, hazırkı fəlakətli
vəziyyətin mənbəyi olmamasına baxmayaraq, bu planın iqlim dəyişikliyinin
nəticələrindən ən çox əziyyət çəkən ölkələr üçün ədalətli olması vacibdir. Biz
bunu qalıq yanacaqlara vergi tətbiqi ilə edə bilərik. Beləliklə, ən böyük
istehlakçılar ən yüksək vergiləri ödəyəcəklər, bu, ədalətlidir. Biz həmçinin
hökumətlərin qalıq yanacaq sənayesinə verdiyi və üstünlüklərini qoruyub
saxlamağa kömək olan çoxsaylı subsidiyaları ləğv etməliyik. Biz qalıq
yanacaqlara subsidiya verməməliyik. Günəş və külək enerjisi istehsalının
qiymətləri əhəmiyyətli dərəcədə aşağı düşüb və vergi gəlirləri inkişaf etməkdə
olan ölkələrdə qalıq yanacaq istifadəsini azaltmaq, eləcə də, bərpa olunan
enerjidən istifadəni artırmaq üçün lazımdır”.

O, həmçinin əlavə edib ki, Azərbaycanın gələcəyi bərpa olunan enerji
mənbələrində, günəş və küləkdədir.

Source link