d488f858-7642-45f5-b48e-765a678f1aa2..jpg

AMADA-nın direktoru Avropa Şurasnın keçirdiyi plenar sessiyada çıxış edib – FOTO

Baxış sayı: 615 dəfə baxılıb.

AMADA-nın direktoru Avropa Şurasnın keçirdiyi plenar sessiyada çıxış edib –
FOTO

Latviyanın paytaxtı Riqada Avropa Şurasının təşkilatçılığı ilə antidopinq
sahəsində ədalətli məhkəmə üzrə plenar sessiya keçirilib.

Azərbaycan Milli Antidopinq Agentliyindən (AMADA) verilən məlumata görə,
tədbirdə ölkəni qurumun direktoru Şəfəq Hüseynli təmsil edib.

Avropa Şurasının baş katibinin müavini Byorn Berge qurumun hazırladığı
antidopinq sahəsində ədalətli məhkəmə hüququnun təmin edilməsi sənədinin insan
hüquqlarının qorunmasına yönəldiyini vurğulayıb.

Sonra sessiyada Norveç Milli Antidopinq Təşkilatının direktoru Anders Solhaym
və AMADA-nın rəhbəri Şəfəq Hüseynli bu istiqamətdə görülmüş işlər barədə çıxış
ediblər.

Çıxışlar zamanı sənədin mahiyyəti, məqsədi və irəli gələn məsələlər barədə
məlumat verilib. AMADA-nın direktoru, həmçinin Azərbaycanda bu istiqamətdə
qurulmuş və qanunvericilik tərəfindən təmin edilmiş mexanizmlə bağlı xüsusi
təqdimatla çıxış edib.

Anders Solhaym və Şəfəq Hüseynli antidopinq sahəsində ədalətli məhkəmə
hüququnun təmin edilməsi sənədinin hazırlanması üçün Avropa Şurası tərəfindən
yaradılmış xüsusi qrupun sədr və sədr müavini olublar.

Qeyd edək ki, Şəfəq Hüseynli hazırda Avropa Şurasının Monitorinq Qrupunun sədr
müavinidir və sənədin icrasına operativ nəzarət edir.

Source link