Amaşov: Prezident seçkiləri ilə bağlı KİV-lərin monitorinqi aparılır

Amaşov: Prezident seçkiləri ilə bağlı KİV-lərin monitorinqi aparılır

Baxış sayı: 4. 331 dəfə baxılıb.

Azərbaycanda aprelin 11-ə təyin edilmiş prezident seçkiləri ilə bağlı KİV-lərin monitorinqi aparılır.

ÇıxışYolu.Com xəbər verirki, bunu Mətbuat Şurasının (MŞ) sədri, millət vəkili Əflatun Amaşov Azərbaycan Respublikası Prezident seçkilərində kütləvi informasiya vasitələrinin rol və vəzifələrinə həsr edilmiş seminar-müşavirədə deyib.

MŞ sədri qeyd edib ki, hazırda 15 qəzetin, 10 agentliyin monitorinqi aparılmaqdadır.

Onun sözlərinə görə, monitorinqlər zamanı namizədlərlə bağlı materialların nə dərəcədə peşəkarlıqla hazırlanması araşdırılacaq.

Millət vəkili bildirib ki, əvvəlki seçkilərdə olduğu kimiŞ aprelin 11-i prezident seçkiləri günündə də Mətbuat Şurasının telefonları “qaynar xətt”kimi fəaliyyət göstərəcək: 

“Hər hansı bir məsələ ortaya çıxdığı halda Mərkəzi Seçki Komissiyası ilə əlaqə saxlanılacaq və məsələ aydınlaşdırılacaq”.

Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli isə deyib ki, prezident seçkilərində indiyə qədər hər hansı qurum və namizəd tərəfindən KİV-lərlə bağlı şikayət daxil olmayıb.

O, bu yaxınlarda ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) müşahidə missiyası ilə görüş keçirdiyini bildirib:

“Onlar hazırda fəaliyyətdə olan prezidentin dövlət başçısı kimi fəaliyyəti ilə namizəd kimi təbliğatının necə tənzimlənəcəyi ilə maraqlanırdılar.

Mən bu sahədə balansın qorunub saxlanacağını bildirdim”.

MTRŞ sədri bildirib ki, ödənişli təbliğata bütün radio və televiziyalar hazırdır:

“Amma seçki təbliğatı ilə reklam fəaliyyəti arasında balans gözlənilməlidir. Bəzən televiziyalarda mal və xidmətlərin reklamı namizədlər üçün ayrılan vaxtın qiymətindən baha olur.

Bu səbəbdən telekanallar bəzən namizədlər üçün pullu efir vaxtının ayrılmasında maraqlı olmurlar.

Ona görə də mən televiziya və radioların namizədlər üçün pullu efir vaxtı ilə bağlı ödəniş məsələsinə normal yanaşmasını istərdim”.

Kamil HƏMZƏOĞLU
www.ÇıxışYolu.Com