9646ee85-5e92-4cb4-a33f-f303439f6d01.jpg

“Amazon” şirkətinin vitse-prezidenti: “İnsanlar kitab oxumasalar, gəlir əldə edə bilməzdik”

Baxış sayı: 229 dəfə baxılıb.

“İnsanlar kitab oxumasa idilər, “Amazon” gəlir əldə edə bilməzdi”.

Cixisyolu.com xəbər verir ki, bunu “Amazon” şirkətinin vitse-prezidenti Verner Fögels
“PAŞA Holding”in təşkilatçılığı ilə Bakıda keçirilən “INMerge” İnnovasiya
Sammitində deyib.

“Amazon”da innovasiyanın necə mümkün olduğunu bilmək üçün 30 il əvvələ
qayıtmaq lazımdır. Hazırda şirkətin 30 yaşı var, lakin buna baxmayaraq, eyni
innovativ ruhunu qoruyub-saxlayıb. Bilmək lazımdır ki, prinsiplərin hamısı
sahibkarı düşünməyə vadar edir. 30 il əvvələ qədər e-ticarət, elektron
kommersiya deyilən anlayış yox idi. İllər keçdikcə çox şey dəyişdi, artıq
alınan malları, əvvəl olduğu kimi, beş-yeddi günə deyil, bir günə çatdırmaq
mümkündür. Çatdırmaları artıq robotlar edir. Bunlar, sadəcə, malların
çatdırılması anlamına gəlmir, bu, bazarda innovasiya və bazarın canlandırılması
deməkdir”, – V.Fögels bildirib.

O bildirib ki, “Amazon” həmişə müştərilərə yönəlik fəaliyyət göstərib:

“Biz hər zaman eksperiment aparmışıq, buna davam edəcəyik. Ola bilər ki, uğur
qazanaq və ya qazanmayaq. Bəzən uğursuzluq da mümkün olur. Əgər siz nəticəni
bilirsinizsə, bu, eksperiment deyil. Siz elə bir şirkət qurmalısınız ki, orada
eksperiment aparmaq rahat olsun”.

V.Fögels əlavə olaraq qeyd edib ki, siz nəyisə yaratmağa qərar verdikdə
insanlar danışdıqlarınızı cəfəngiyyat adlandıra bilərlər:

“Biz bulud hesablaması, kitab evi deyəndə ailə və ya çevrədə olan insanlar
bunu qəbul etmir, cəfəngiyyat adlandırırdılar. İnsanlar şübhə ilə yanaşırdılar.
Lakin buna baxmayaraq, uğura nail olduq”.

Xatırladaq ki, “PAŞA Holding”in təşkilatçılığı ilə həyata keçirilən “INMerge”
İnnovasiya Sammitinin məqsədi ölkədə innovasiya ekosisteminin inkişafına töhfə
vermək, startaplar və investorları bir araya gətirərək onlara əməkdaşlıq üçün
fürsət yaratmaq, eləcə də innovasiya ekosisteminin bütün iştirakçıları arasında
fikir və təcrübə mübadiləsi üçün platforma qurmaqdır.

Aygün Mirakif

Source link