5df69f9e-1221-435c-9885-0d03d75b7504..jpg

AMB: “Azərbaycanda sığorta şirkətləri 500 milyard manatlıq riskə təminat verib”

Baxış sayı: 700 dəfə baxılıb.

AMB: “Azərbaycanda sığorta şirkətləri 500 milyard manatlıq riskə təminat verib”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Bu gün qüvvədə olan sığorta müqavilələrinə əsasən, Azərbaycanda fəaliyyət
göstərən sığorta şirkətləri tərəfindən 500 milyard manatlıq riskə təminat
verilib”.

“Report” xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru
Ziya Əliyev deyib.

Onun sözlərinə görə, bu da, il ərzində ölkədə istehsal edilən ümumi daxili
məhsulun (ÜDM) beş qatı həcmindədir:

“Yəni ölkənin bir illik gəlirlərinin beş qatına təminat verilir. Bu da,
sığorta sektorununu iqtisadiyyatda nə qədər böyük rol oynadığının
göstəricisidir. Ancaq biz bununla qətiyyən kifayətlənməməliyik. Bu göstəricinin
daha da artması üçün çalışmalıyıq. Bu göstərici bəzi ölkələrdə ÜDM-nin 10-20
qatı səviyyəsində olur. Məsələn, Türkiyədə bu rəqəm ÜDM-nin 20 qatına
bərabərdir”, – Z. Əliyev bildirib.

AMB-nin baş direktoru vurğulayıb ki, əgər sığorta bazarı bu templə böyüməyə
davam etsə, əhalinin və iş adamlarının daha böyük risklərinə təminat verə
biləcək:

“Bununla da, fərdlərin, iş adamlarının və müəssisələrin maliyyə vəziyyətinə,
onların rifahına dəyəcək zərərlərdən müdafiə xəttini gücləndirə biləcəyik”.

Xatırladaq ki, ölkədə yalnız təkrarsığorta fəaliyyəti ilə məşğul olan bir
şirkət – “AzRe Təkrarsığorta” ASC fəaliyyət göstərir. Bununla yanaşı beş
sığorta şirkəti təkrarsığorta fəaliyyəti ilə məşğul olmaq üçün lisenziyaya
malikdir.

Source link