a9f94a5f-6081-43f2-b700-3ce74bfd50c4.png

AMB-nin İdarə Heyətində dəyişikliklərin səbəbi açıqlanıb

Baxış sayı: 142 dəfə baxılıb.

Mərkəzi Bankın İdarə Heyətinə gözlənilən dəyişikliklərin səbəbi açıqlanıb.

“APA-Economics” xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB)
sədri Taleh Kazımov bu gün keçirilən mətbuat konfransında məlumat verib.

“Bunun səbəbi çox sadədir. Qanuna əsasən AMB-nin İdarə Heyəti 7 üzv və 2
müstəqil üzvlə fəaliyyət göstərməlidir. Amma iki ildən artıq müddətdə İdarə
Heyəti məhdud heyətlə fəaliyyət göstərib. 2024-cü ilin əvvəlində AMB strategiya
qəbul edib. Bu strategiyanın həyata keçirilməsi və ölkə başçısının qarşıya
qoyduğu məqsədləri dəstəkləyən mandatın uğurlu həyata keçirilməsi üçün
dəyişikliyə ehtiyac var”, – deyə T.Kazımov əlavə edib.

Source link