Bu il valyuta ehtiyatlarının artacağını gözləyirik.
ÇıxışYolu.Com xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov bu gün keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, cari ilin birinci rübündə valyuta ehtiyatları 2 milyard dollar artıb:
“İlin sonuna valyuta ehtiyatlarının əhəmiyyətli dərəcədə artacağını gözləyirik. Biz bu vəsaitlərdən qənaətlə istifadə edirik. Büdcəyə transfertlərin həcmini əhəmiyyətli dərəcədə azaltmışıq.
İdxal azalıb. Bu imkan verir ki, nəzərdə tutulan layihələri həyata keçirək, o cümlədən gələcək nəsillər fondumuzu da artıraq”.