07e788ed-a13c-43f5-b8bb-47373d734a97..jpg

AMEA əməkdaşı ermənilərin ekoloji terrorundan danışdı: “Nadir ağaclar kəsilib, çaylar çirkləndirilib” – VİDEO

Baxış sayı: 692 dəfə baxılıb.

AMEA əməkdaşı ermənilərin ekoloji terrorundan danışdı: “Nadir ağaclar kəsilib,
çaylar çirkləndirilib” – VİDEO

“İşğaldan azad olunmuş ərazilərimizdə meşə massivlərimiz kütləvi şəkildə
qırılıb. Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə bu
qırıntı işləri çox böyük səviyyədə aparılır. Bunların əksəriyyəti Azərbaycanda
“Qırmızı kitab”a düşüb. Bunlar palıd, Eldar şamı və digər ağaclardır”.

Bunu Baku TV-yə danışan Azərbaycan Milli Emlər Akademiyasının (AMEA) əməkdaşı
Faiq İsmayılov deyib.

Onun sözlərinə görə, ermənilər Kərkicahan kəndi ilə Xankəndi arasında bənd
düzəldərək Qarqarçayın qabağını kəsiblər: “Bu çayın suyunu ümumiyyətlə
mənsəbdən aralı salıblar. Bu da belə bir fəlakət yaradır ki, sözügedən çayda
yaşayan balıqlar kürü tökmək üçün Qarqarçayın mənsəbinə kimi gələ bilmirlər.
Bunu özü də ekoloji fəlakətdir”.

Daha ətraflı süjetdə:


Source link