e3793a82-4318-4b4e-9e4c-441f62f776ea..jpg

AMEA: Azərbaycanda ciddi su problemi yaşanır

Baxış sayı: 971 dəfə baxılıb.

AMEA: Azərbaycanda ciddi su problemi yaşanır

“Azərbaycanda ciddi su problemi yaşanır. Bu problem getdikdə daha qlobal hal
alır”.

APA xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının
vitse-prezidenti İradə Hüseynova TÜRKPA-nın Ətraf mühit, təbii ehtiyatlar və
sağlamlığın qorunması komissiyasının 8-ci iclasında deyib.

O bildirib ki, 2050-ci ilə qədər çoxsaylı növlərin sıradan çıxacağı gözlənilir:

“Biomüxtəlifliyin qorunması üçün Azərbaycanda və dünyada “Qırmızı Kitab”lar
mövcuddur. Bizdəki kitabın ilk nəşri 1989-cu ildə çap olunub. Orada floramız
140 növ, heyvanlar isə 108 növlə xarakterizə olunurdu. 2013-cü ildə çıxarılan
ikinci nəşrdə bitki növlərinin sayı 266, heyvan növləri isə 226-ya çatıb.
Hazırda “Qırmızı Kitab”ın üçüncü nəşri hazırlanır və bu il dərc olunacaq.
Burada isə nəsli kəsilməkdə olan heyvan növlərinin sayı 241-ə çatıb”.

Source link