aecc9ba0-7a28-48ce-8c1e-18575894a58e..jpg

AMEA prezidenti: “Zəngəzur dəhlizi dünyanın diqqət mərkəzindədir”

Baxış sayı: 687 dəfə baxılıb.

AMEA prezidenti: “Zəngəzur dəhlizi dünyanın diqqət mərkəzindədir”

“Azərbaycan Milli Elmlər Akademiyasında ermənişünaslıqla bağlı tədqiqatlar
davam edir. Akademiyanın Tarix İnstitutunda, Qafqazşünaslıq İnstitutunda mühüm
tədqiqatlar aparılır”.

“Report” xəbər verir ki, bunu AMEA-nın prezidenti İsa Həbibbəyli “Heydər
Əliyev ili” çərçivəsində Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü münasibətilə
“Qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və
uydurmalarını ifşa edir və ya əzəli Azərbaycan – türk torpaqları olan Zəngəzur
həqiqətləri” mövzusunda konfransda deyib.

“Bizim əsaslandığımız mənbələr arxiv sənədləri, dövri mətbuat və
yazışmalardır. Bu konfrans bizim diqqətimizi mövcud arxiv sənədlərinə, daha
qədim mənbələrə doğru istiqamətləndirəcək.

Konfransın adında Zəngəzurun əks olunması mühüm məsələdir. Zəngəzur dəhlizi
dünyanın diqqət mərkəzindədir. Bu baxımdan da konfransın əhəmiyyəti böyükdür”,
– İ.Həbibbəyli vurğulayıb.

Source link