ABŞ-ın Cənubi Karolina ştatının sakini göz damcıları ilə ərini öldürməkdə ittham olunaraq, həbsxanaya göndərilib.
ÇıxışYolu.Com xəbər verir ki, bu barədə New York Post yazıb.
Hüquq-mühafizə orqanlarının məlumatına görə, 64 yaşlı Stiven Kleyton öz evində ölü tapılıb. Onun pilləkəndən yıxılaraq öldüyü güman edilirdi.
Lakin yarıldıqdan sonra həkimlər kişinin bədənində böyük miqdarda kimyəvi maddələr aşkarlayıblar.
Lana Kleytonin ifadələrinə əsasən, o, üç gün ərzində ərinin içdiyi suya göz damcıları əlavə edirmiş.
Tibb ekspertlərinin bildirdiyinə görə, orqanizmə düşdükdə göz damcılarının aktiv maddəsi bağırsaq sistemi vasitəsilə qana sovrulur və neyrotoksin kimi əsəb sisteminə hücum edir.
New York Post-un yazdığına görə, bir neçə il əvvəl Kleyton şəbəkədə ərinin xəyanətlərindən şikayətlənirmiş. Lakin hüquq-mühafizə orqanları hələlik qətlin motivini açıqlamırlar.