ABŞ Konqresinin respublikaçı senatoru Ron Conson Rusiyanın ona ölkəyə daxil olmaq üçün viza vermədiyini bildirib.
“RİA “Novosti” xəbər verir ki, müvafiq press-reliz konqresmenin saytında dərc edilib.
Qeyd olunub ki, Conson Konqresin ikipartiyalı nümayəndə heyətinin tərkibində Rusiyaya səfər edəcəkdi. O, səfər çərçivəsində rusiyalı rəsmilərlə, ABŞ biznesinin nümayəndələri, o cümlədən, vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri ilə görüşərək danışıqlar aparmağı planlaşdırırdı.
Rusiyanın ABŞ-dakı səfirliyi senatorun onlara viza üçün müraciət etmədiyini bildirib.