Moskvada türk və amerikalı tarixçilər tərəfindən birgə hazırlanmış və “erməni soyqırımı”nı inkar edən kitab təqdim olunub.
Bu sözləri ÇıxışYolu.Com-a açıqlamasında Bakı Slavyan Universitetinin Jurnalistika kafedrasının müdiri, dosent, Ermənistanın saxtakarlığı haqqında bir çox sənədli filmin müəllifi Şəlalə Həsənova deyib.
“Cəbhəyanı rayonlardan ermənilərin imperiyanın içərilərinə köçürülməsi ilə bağlı qəbul olunmuş qərar müsəlmanlar kimi, xristianlar üçün də faciəvi nəticələrə səbəb oldu”, – bu sözlər Cantin Makkarti, Esat Asrlan, Cəlaməddin Taşkıran və Ömər Turanın müəllifi olduğu “Vanda erməni üsyanı” adlı kitabda yazılıb.
Ş.Həsənova məlumat verib ki, mayın 31-də Moskvadakı nəşriyyatlardan birində amerikalı hərbi tarixçi Edvard C. Erksonla görüş çərçivəsində onun “Türklər və ermənilər: Üsyançılarla mübarizənin araşdırılması” kitabının təqdimatı olacaq.
Bu kitabda erməni inqilab komitələrinin fəaliyyəti və Osmanlı imperiyası dövründə ermənilərin köçürülməsi haqqında faktlar dərc olunub.
Kitab 2013-cü ildə ABŞ-da, 2015-ci ildə Türkiyədə nəşr olunub.
Əli Məmmədov
www.ÇıxışYolu.Com