Amerikalı vəkil planetin gələcəyi üçün özünü yandırdı - FOTO

Amerikalı vəkil planetin gələcəyi üçün özünü yandırdı – FOTO

Baxış sayı: 2. 813 dəfə baxılıb.

Amerikalı vəkil ətraf mühitin çirklənməsinə diqqətin cəlb edilməsi üçün özünü yandırıb.

ÇıxışYolu.Com-ın xəbərinə görə, bu barədə BBS News yazır.

60 yaşlı Devid Bakel Nyu-Yorkda Prospekt-parkda aksiya keçirib. Onun həyatını xilas etmək mümkün olmayıb. 

Devid intiharının səbəbini qoyduğu məktubda izah edib. O məktubunu bir neçə təşkilata elektron poçt vasitəsi ilə göndərib.

Bakelin sözlərinə əsasən, o, üzərinə “təbii yanacaq” töküb ki, insanların ekologiyanın qeydinə qalmadıqları zaman nə baş verdiyini göstərsin:

“Çikrlənmə bizim planeti məhv edir, yaşadığımız mühitə hava, torpaq, su və yağıntılar  vasitəsi ilə daxil olur”.

www.ÇıxışYolu.Com