3508f106-55ed-4d69-91fc-bd8f0f45f904..jpg

AMF prezidenti “Zirə” PFK-nın minifutbol komandası ilə görüşüb – FOTO/VİDEO

Baxış sayı: 786 dəfə baxılıb.

AMF prezidenti “Zirə” PFK-nın minifutbol komandası ilə görüşüb – FOTO/VİDEO

Azərbaycan Minifutbol Federasiyasının (AMF) prezidenti və “Zirə” Peşəkar
Futbol Klubunun Müşahidə Şurasının sədri Orxan Məmmədov Minifutbol üzrə Avropa
Çempionlar Liqasında uğurla çıxış edərək Vətənə bürünc medalla qayıdan “Zirə”
PFK-nın minifutbol komandası ilə görüşüb.

Federasiyadan verilən məlumata görə, komandanın nailiyyətini yüksək
qiymətləndirən Orxan Məmmədov futbolçuları təbrik edib və növbəti yarışda
onlardan daha yaxşı nəticə gözlədiyini vurğulayıb.

Daha sonra baş məşqçi Elşad Quliyevin yarışla bağlı hesabatı dinlənilib.

Sonda komanda üzvləri ilə xatirə şəkli çəkdirilib.


Source link