Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsi Türkiyədə yanğınsöndürmə
əməliyyatını davam etdirir.
Cixisyolu.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.
“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən,
Türkiyə Respublikasındakı meşə yanğınları ilə mübarizə tədbirlərinə köməklik
göstərilməsi məqsədilə qardaş ölkəyə göndərilmiş Fövqəladə Hallar Nazirliyinin
Aviasiya dəstəsinin “BE-200ÇS” amfibiya tipli təyyarəsi yanğınsöndürmə
əməliyyatını davam etdirir.
Əməliyyat çərçivəsində təyyarə ötən gün İzmir-Foça istiqamətində meşədəki
yanğınla mübarizə tədbirlərinə cəlb olunub.
Hazırda yanğınların söndürülməsi işləri davam etdirilir”, – FHN-in məlumatında
diqqətə çatdırılıb.
əməliyyatını davam etdirir
Amfibiya təyyarəmiz Türkiyədə yanğınsöndürmə əməliyyatını davam etdirir