Ana şəkillə oğlunun ölümcül xəstəliyini aşkarladı

Baxış sayı: 2. 335 dəfə baxılıb.

Ana şəkillə oğlunun ölümcül xəstəliyini aşkarladı

İngiltərənin Norfolk qraflığının sakini oğlunun fotoşəklində ölümcül xəstəlik əlaməti aşkarlayaraq həyatını xilas edib. Bu barədə “The Sun” xəbər verir.

33 yaşlı Steysi Deklerk Broudi adlı altı aylıq oğlunun şəkillərinə baxarkən sağ göz bəbəyində ağ bir parıltı görüb. Həyəcanlanan ana bunun nə olduğuna dair internetdə məlumat axtarmağa başlayıb:

“Bütün materiallar xərçəngə işarə edirdi, amma mən başqa səbəb tapmağa çalışırdım. İnanmaq istəmirdim. Sonda qərara gəldim ki, bu sadəcə adi işıq əksetməsidir”.

Bir müddət sonra oğlunun görməsində çətinlik yarandığından Deklerk onu həkimə aparıb. Norvic şəhərindəki xəstəxanada uşağın gözünü analizlər və ultrasəs müayinəsinə göndəriblər. Müayinənin nəticələrinə görə həkimlər xəstənin retinoblastoma – göz bəbəyinin bədxassəli şişi xəstəliyinə tutulduğunu deyiblər. Bir həftə sonra həkimlər diaqnozu təsdiqləyən rentgen də ediblər.

Həkimlər Broudinin xəstəliyinin təhlükəli mərhələdə olduğunu deyiblər. 60% ehtimala görə uşağın gözü çıxarıla bilərdi. Cərrahlar alternativ variant kimi kimyaterapeya tətbiq etməyi məsləhət görüb.

Xəstə uşaq London xəstəxanasına göndərilib və üç seans kimyaterapiya tətbiq ediblər. Üçüncü seansda uşağın vəziyyəti ağırlaşsa da, həkimlər vəziyyəti stabilləşdirə biliblər. Sonda terapiyanın müsbət nəticələri özünü göstərməyə başlayıb.

İndi Broudi beş yaşına qədər mütəmadi olaraq tibbi müayinələrdən keçməlidir.