4d569d61-a610-4c49-a5b2-3524bb3856de..jpg

Ana və iki azyaşlı övladını öldürən müəllim ömürlük məhkum edilib – FOTO

Baxış sayı: 942 dəfə baxılıb.

Ana və iki azyaşlı övladını öldürən müəllim ömürlük məhkum edilib – FOTO

Bakıda ana və iki azyaşlı övladını qətlə yetirməkdə ittiham olunan Əhəd
Əliyevin cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

APA xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rahib Salmanovun
sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Əhəd Əliyev verilmiş ittihamlarla təqsirli bilinərək ömürlük
azadlıqdan məhrum edilib.

O, cəzasını xüsusi rejimli cəzaçəkmə müəssisəsində keçirəcək.

İttiham olunan şəxsin vəkili Xədicə Şirinova məhkəmədən bəraət,
təqsirləndirilən şəxs özü isə son sözündə ədalətli cəza verilməsini xahiş edib.

Xatırladaq ki, hadisə ötən ilin fevral ayında paytaxtın Nizami rayonunda qeydə
alınıb.

Fevralın 20-də 1983-cü il təvəllüdlü Gülnar Qaraxanova və iki azyaşlı
övladının kirayə yaşadıqları evdə kəsici-deşici alətlə aldıqları xəsarətlərdən
ölmələri faktı ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.

Həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri
nəticəsində cinayətin zərərçəkmişin qohumu – 1981-ci il təvəllüdlü Əhəd Əliyev
tərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı
törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Əhəd Əliyevə qarşı Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla adam
öldürmə), 120.2.7 (iki və ya daha çox şəxsi öldürmə), 120.2.9 (təqsirkar şəxs
üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 120.2.11
(quldurluq, hədə-qorxu ilə tələb etmə, terrorçuluq və ya banditizmlə əlaqədar
adam öldürmə), 181.2.4(Quldurluq, xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə
törədildikdə), 181.2.5 (Quldurluq, silah və ya silah qismində istifadə edilən
əşyalar tətbiq edilməklə törədildikdə), 181.3.3 (Quldurluq, zərərçəkmiş şəxsin
sağlamlığına ağır zərər vurulmaqla törədildikdə) maddələri ilə ittiham irəli
sürülüb. Məhkəmə istintaqı zamanı məlum olub ki, təqsirləndirilən şəxs əvvəllər
müəllim işləyib, 2007-2014-cü illərdə isə Saatlı rayonu, Novruzlu kənd
məktəbinin direktoru olub. Hadisə baş verən vaxt ev sahibi Fəsahət Qaraxanov
Rusiyada olub.

Source link