dd96ddce-6664-4e9d-b28e-b3e2283ecfc8..jpg

Ana və iki azyaşlı övladını qətlə yetirən keçmiş məktəb direktoru barədə son qərar verildi

Baxış sayı: 716 dəfə baxılıb.

Ana və iki azyaşlı övladını qətlə yetirən keçmiş məktəb direktoru barədə son
qərar verildi
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ana və iki azyaşlı övladını amansızlıqla öldürməkdə təqsirli bilinərək ömürlük
məhkum edilmiş Əhəd Əliyevin kassasiya şikayətinə baxılıb.

“Qafqazinfo”nun məlumatına görə, Ali Məhkəmədə keçirilən iclasda məhkumun
vəkili cinayəti müvəkkilinin törətmədiyini deyib. Müdafiə tərəfi Ə.Əliyevə
bəraət verilməsini və ya işin yenidən araşdırılmasını xahiş edib.

Rəşad Abdulovun sədrlik etdiyi yüksək instansiya məhkəməsinin hakimləri belə
qənaətə gəliblər ki, məhkum şəxsə verilmiş ittihamlar kifayət qədər dəlil və
sübutlarla təsdiqini tapıb. Bu əsasla Ə.Əliyev barədə ömürlük azadlıqdan
məhrumetmə qərarı qüvvədə saxlanılıb.

Bununla da ana və iki azyaşlı övladının ölümünə səbəb olan məhkum ömürlük
Qobustandakı qapalı həbsxanada qalacaq.

Qeyd edək ki, hadisə 2022-ci ildə Bakının Nizami rayonunda baş verib. 39 yaşlı
Gülnar Qaraxanova və iki azyaşlı övladı kirayə yaşadıqları evdə kəsici-deşici
alətlə xüsusi amansızlıqla öldürülüblər.

Məhkum Ə.Əliyev əvvəllər müəllim işləyib, 2007-2014-cü illərdə isə Saatlı
rayonu, Novruzlu kənd məktəbinin direktoru olub.

Source link