Ana və iki övladı dəm qazından zəhərlənib.
ÇıxışYolu.Com-ın bölgə müxbiri xəbər verir ki, hadisə Qusar şəhərində qeydə alınıb.
42 yaşlı Elnarə Zahuddin qızı Əhmədova və iki oğlu -10 yaşlı Rəfael Əhmədov və qardaşı, beş yaşlı Eduard Əhmədov dəm qazından zəhərlənib. Onlar dərhal Qusar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Xəstələrə tibbi yardım göstərilib, vaxtında xəbər tutulduğundan onların həyatı xilas edilib.