98f43da1-a34f-439c-b368-03535ccb1dbf..jpg

“Anadolu” agentliyi Naxçıvanın tarixi abidələrindən reportaj hazırlayıb

Baxış sayı: 748 dəfə baxılıb.

“Anadolu” agentliyi Naxçıvanın tarixi abidələrindən reportaj hazırlayıb

Qardaş Türkiyənin Anadolu Agentliyi “Naxçıvanda duz dağındakı xəstəxana şəfa
gözləyənlərə ümid olur” və “Naxçıvandakı türbələr əsrlərdir ki, bütün əzəməti
ilə ayaqda dayanır” sərlövhəli reportajlar yayıb.

“Report”un yerli bürosunun xəbərinə görə, Mehmet Yusuf Melikoğlunun müəllifi
olduğu reportajlarda vurğulanır ki, Duzdağ Fizioterapiya Mərkəzində dünyanın
müxtəlif yerlərindən gələn tənəffüs problemi olan xəstələrə sağlamlıq xidməti
göstərilir.

Qeyd olunub ki, dağın 350 metr içində qurulan, tunellərdən keçilə bilən
mərkəzdə yataqxanalarda qalan xəstələr 10-15 günlük müalicə müddətindən sonra
sağlamlıqlarına qovuşurlar. Mərkəzə əsasən Türkiyə, Kanada, ABŞ, Rusiya,
Yaponiya, Almaniya, Qazaxıstan və Fransa başda olmaqla bir çox ölkələrdən
xəstələr müraciət edir.

Reportajda mərkəzdə kişi, qadın və uşaqlar üçün ayrı-ayrı müalicə sahələrinin
olduğu vurğulanır. Eyni zamanda mərkəzin faydasını görənlərin yaxınlarını da
buraya gətirmək istədikləri qeyd olunur.

Həmçinin Qarabağlar Türbə Kompleksi və Möminə Xatun türbəsi ilə bağlı
hazırlanan reportajda vurğulanır ki, adıçəkilən abidələr Naxçıvana gələn
turistlərin diqqət mərkəzindədir. Şərqlə qərb, şimalla cənub arasında körpü
rolunu oynayan Naxçıvanda XII əsrə aid memarlıq xüsusiyyətləri ilə seçilən,
şəhər mərkəzinin şimal-qərbində yerləşən Qarabağlar Türbə Kompleksi şərq
memarlığının “incilərindən” sayılır.

Reportajda, eyni zamanda Möminə Xatun türbəsi ilə bağlı daha geniş məlumat yer
alıb.

Qeyd edək ki, həmin reportajlar Türkiyənin dünyaca məşhur “trthaber”,
“trtavaz”, “ntv.az”, “diyanethaber” və digər saytlarda yayımlanıb.

Source link