36b1ecf2-9005-4403-b6b3-0c85b5f106d2..jpg

“Anadolu Ankası – 2024” təlimində növbəti mərhələnin tapşırıqları icra olunub – VİDEO

Baxış sayı: 592 dəfə baxılıb.

“Anadolu Ankası – 2024” təlimində növbəti mərhələnin tapşırıqları icra olunub
– VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qardaş Türkiyə Respublikasının Konya şəhərində keçirilən “Anadolu Ankası –
2024” (“Anatolian Phoenix – 2024”) beynəlxalq axtarış-xilasetmə təlimində
növbəti tapşırıqlar icra edilib.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Təlimin planına uyğun olaraq, qəzaya uğramış ekipaj üzvünün paraşüt-desant və
axtarış-xilasetmə qrupları tərəfindən şərti düşmən arxasında axtarışı, aşkar
olunan ekipaj üzvünün yerində sorğulanması və təxliyə edilməsi üzrə
fəaliyyətlər uğurla icra olunub.

Qeyd edək ki, mayın 17-nə qədər davam edəcək beynəlxalq təlimdə ölkəmizi Hərbi
Hava Qüvvələrinin Paraşüt-desant və axtarış-xilasetmə xidmətinin bir qrup şəxsi
heyəti, aviasiya vasitələri, həmçinin Hərbi Dəniz Qüvvələrinin xüsusi
təyinatlıları təmsil edirlər.


Source link