0fbdfa2e-2984-4f61-b363-39a4f776c5df..jpg

“Anadolu Ankası – 2024” təliminin Yüksək Səviyyəli Müşahidəçi Günü keçirilib – FOTO/VİDEO

Baxış sayı: 657 dəfə baxılıb.

“Anadolu Ankası – 2024” təliminin Yüksək Səviyyəli Müşahidəçi Günü keçirilib –
FOTO/VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyə Respublikasının Konya şəhərində “Anadolu Ankası – 2024” (“Anatolian
Phoenix – 2024”) beynəlxalq axtarış-xilasetmə təlimində Yüksək Səviyyəli
Müşahidəçi Günü keçirilib.

Cixisyolu.com xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Yüksək Səviyyəli Müşahidəçi Günündə Azərbaycan Hərbi Hava
Qüvvələrinin, Hərbi Dəniz Qüvvələrinin və Azərbaycan Respublikasının Türkiyə
Respublikasındakı hərbi attaşelik aparatının nümayəndələri iştirak ediblər.

Əvvəlcə iştirakçılara təlimin gedişatı, qarşıda duran tapşırıqların məqsədi və
yerinə yetirilməsi barədə statistik məlumatlar, eləcə də beynəlxalq təlimə həsr
olunmuş qısametrajlı videogörüntü təqdim olunub.

Tədbirin rəsmi hissəsi başa çatdıqdan sonra təlim poliqonunda “Anadolu Ankası
– 2024” beynəlxalq axtarış-xilasetmə təliminə cəlb edilən iştirakçılar
tərəfindən müxtəlif epizodların praktiki icrası media nümayəndələri və qonaqlar
tərəfindən maraqla izlənilib.


Source link