69a90dac-b5b3-4332-ac83-ea6b86c4cba1..jpg

“Anadolu Qartalı-2023” beynəlxalq təlimi başlayıb – FOTO/VİDEO

Baxış sayı: 647 dəfə baxılıb.

“Anadolu Qartalı-2023” beynəlxalq təlimi başlayıb – FOTO/VİDEO

Aprelin 27-də Türkiyənin Konya şəhərində yerləşən aviabazada müxtəlif
ölkələrin hərbi qulluqçularının iştirakı ilə keçirilən “Anadolu Qartalı-2023”
beynəlxalq taktiki-uçuş təliminin açılış mərasimi keçirilib.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Əvvəlcə iştirakçılara təlimin məqsədi və keçiriləcəyi ərazi barədə brifinqlər
təqdim olunub.

Sonra təlimin ssenarisi, qarşıya qoyulan tapşırıqlar və icra olunacaq
fəaliyyətlərlə bağlı iştirakçılara xəritə üzərində məlumat verilib.

Qeyd edək ki, beynəlxalq təlimdə ölkəmiz Azərbaycan Hərbi Hava Qüvvələrinin
hərbi qulluqçuları və aviasiya vasitələri ilə təmsil olunur.


Source link