9da188d5-018c-4e55-9997-14b0561ad997..jpg

Analitik: “Azərbaycanla ABŞ arasında münasibətlərin normallaşması son dərəcə vacibdir”

Baxış sayı: 788 dəfə baxılıb.

Analitik: “Azərbaycanla ABŞ arasında münasibətlərin normallaşması son dərəcə
vacibdir”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azərbaycanla ABŞ arasında əvvəlki münasibətlərə qayıtmaq, Ermənistanla sülh
danışıqlarında ümumi dil tapmaq son dərəcə vacibdir”.

Bunu “Report”a açıqlamasında beynəlxalq əlaqələr üzrə pakistanlı analitik
Xalid Taymur Əkrəm deyib.

Onun sözlərinə görə, ABŞ Konqresinin hazırkı mövqeyi açıq-aşkar tarixi
səhvdir. Bu səhv addımlar erməni lobbi qrupları tərəfindən aldadılan ABŞ
Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin bəzi üzvlərinə aid edilir:

“ABŞ kəşfiyyat idarələri və Bayden administrasiyası bunu diqqətlə
araşdırmalıdır. Anlamaq lazımdır ki, Vaşinqtondakı erməni lobbi təşkilatı
dezinformasiya və aldadıcı taktikalardan istifadə edərək Azərbaycana qarşı fəal
şəkildə təcavüzkar və zərərli kampaniya aparır. Erməni diasporu ayrı-ayrı
şəxsləri və onların lobbi təşkilatlarını Azərbaycana qarşı saxta məlumatlar
yaymaq üçün manipulyasiya edərək ABŞ Konqresinə təsir göstərir”.

Ekspert vurğulayıb ki, erməni lobbisi ABŞ siyasətinə potensial təhlükə
yaradır, ictimai, siyasi xadimlərin şüurunu zəhərləyir:

“Bu, öz növbəsində ABŞ və Azərbaycan arasındakı münasibətlərə xələl gətirir.
Buna görə də hər iki ölkənin münasibətlərini yaxşılaşdırmaq, Ermənistanla sülh
danışıqlarında ümumi dil tapmaq son dərəcə vacibdir”.

Source link