72ee7002-213c-498a-bc4e-0d1eda2c870a..jpg

“Anam məni zorla özümdən 20 yaş böyük kişiyə ərə verdi…” – FOTO

Baxış sayı: 960 dəfə baxılıb.

“Anam məni zorla özümdən 20 yaş böyük kişiyə ərə verdi…” – FOTO

“Çox kasıb ailədə dünyaya göz açmışam. 3 qardaşın bir bacısı olmuşam. 17
yaşıma çatanda anam mənə dedi ki, “bir kişi tapıb səni ərə verim, o kişi də
bizə baxsın”. Dedim ki, “ay ana, nə kişi, mən oxumaq istəyirəm”. Anam
işləyirdi, dedim ki, “mən də işləyim, ikimiz birləşək, qardaşlarımı saxlayaq,
böyüdək”. Mən deyənə qulaq asmadı. O kişini tapıb üstümə gətirdi. Kişi məndən
20 yaş böyük idi. Anam zorla, döyə-döyə məni “zaqs”a göndərdi. Ağzımı aça
bilmirdim. “Zaqs”da bir yaşlı kişi oturmuşdu. Dedi ki, bu necə olur? Ondan sənə
ər, səndən də ona arvad olmayacaq”.

Bunu Moderator.az-a açıqlamasında əməkdar artist, Akademik Musiqili Teatrın
aktrisası Səmayə Musayeva deyib.

“Oğlum Mehmanı dünyaya gətirdim. Qanım zəhərlənmişdi, ölümlə üz-üzə idim. Kişi
dedi ki, “mənim pulum, filan yoxdur. Get ona bax!” Nə edə bilərdim ki? Anam
məni məhv etdi. Evdə şikayətlənən kimi anam deyirdi ki, “bu taleyi sənə Allah
yazıb, məndən nə istəyirsən?!” Anam o kişini evə gətirməklə mənim həyatımı məhv
etdi. Çox arzularım var idi. Deyirdim ki, oxuyaram, işləyərəm. Universitetə 25
yaşında daxil oldum. O kişi anamı dilə tutub, əməlli-başlı aldatmışdı. Guya ki,
pulu çoxdur, işləyib bizə kömək edəcəkdi. Ayrılandan sonra gəldiyi kimi də,
çıxıb getməyi bir oldu. Ondan sonra ailə həyatı qurmadım. Kim dəqiq deyə
bilərdi ki, ikinci ailə birincidən yaxşı ola bilər? Sənətim həyatıma heç vaxt
mane olmayıb. Əksinə sənətimlə ucalmışam, tanınmışam, sevilmişəm”, – deyə
sənətkar bildirib.

Aktrisa bildirib ki, hər zaman teatrda “Arşın mal alan”da Telli obrazını
oynamaq istəyib.

“Gənclik illərimdə hər zaman bu rolu oynamağı arzu etmişəm. Hələ heç aktrisa
deyildim, bu roldan çox xoşum gəlirdi. Telliyə oxşar çox rollarım olsa da,
Tellini oynamaq mənə qismət olmayıb. Mən daha çox dramatik obrazları sevirəm.
Bu gün ayaqlarım demək olar ki, tutulub. Yeriməkdə çətinlik çəkirəm. Evin
içində özümü güc-bəla ilə idarə edirəm. Filmdə çəkilmək üçün dəvətlər gəlir,
amma səhhətimə görə çəkilə bilmirəm. Serial həm də uzun prosesdir. 47 il
fasiləsiz Akademik Musiqili Teatrda çalışmışam. Mənimki teatrdır, çünki
tamaşaçı ilə canlı ünsiyyət daha rahatdır”, – deyə aktrisa bildirib.

Source link