dd34f412-272a-4273-a309-fa6c46955cbc..jpg

ANAMA: “Beynəlxalq donorlar minatəmizləmə fəaliyyətinin yalnız beş faizini maliyyələşdirirlər”

Baxış sayı: 662 dəfə baxılıb.

ANAMA: “Beynəlxalq donorlar minatəmizləmə fəaliyyətinin yalnız beş faizini
maliyyələşdirirlər”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Humanitar minatəmizləmə fəaliyyətini maliyyələşdirdiyinə görə Azərbaycan
hökumətinə təşəkkür edirik. Çünki bizim büdcəmizin 95 faizi hökumət tərəfindən
maliyyələşdirilir, yalnız beş faizlik bir göstərici beynəlxalq donorlar
tərəfindən həyata keçirilir”.

“Report” xəbər verir ki, bunu Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA)
İdarə Heyətinin sədr müavini Samir Poladov “Mina təhlükəsi ilə mübarizə:
İnnovasiyalar və qabaqcıl təcrübələr” adlı ikinci beynəlxalq texniki tədbirdə
deyib.

Onun sözlərinə görə, işğaldan azad edilən ərazilər hələ ki hamı üçün əlçatan
deyil:

“Bunun səbəbi də partlayıcılardır. Ərazilərdə gözlənilməz, ağlasığmaz yerlərə
minalar yerləşdirilib. Yollar, dəmiryolları, vaxtilə salınmış məskunlaşma
sahələri minalanıb”.

Source link